Ərdoğan: İsrail Qəzzada baş verənlərə görə günahsız ola bilməz Dünya

Ərdoğan: İsrail Qəzzada baş verənlərə görə günahsız ola bilməz

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, İsrail Qəzza zolağında baş verənlərə görə günahsız sayıla bilməz.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ərdoğan İstanbulda keçirilən TRT World Forumunda çıxışında bildirib.

"İki il ərzində İsrail hökuməti dünyanın gözləri qarşısında 70 min Qəzza sakininin həyatına son qoydu, bunlardan 20 minindən çoxu uşaqlar idi. 170 mindən çox fələstinli qardaşımız və bacılarımız İsrailin hücumları nəticəsində yaralanıb. Qəzzada demək olar ki, bir də olsa toxunulmamış bina qalmayıb. Məktəblər, kilsələr, məscidlər və xəstəxanalar məqsədli şəkildə hədəfə alınmışdır. Bəziləri deyir ki, İsrail günahsızdır. Necə ola bilər ki, o, günahsızdır? İsraildə nüvə silahı var, ən güclü bombalar var. İsrail Qəzzaya vurmaq üçün istədiyi vaxt, istədiyi kimi zərbə endirmək imkanı var. Necə ola bilər ki, o, günahsızdır?" - deyib.

Prezident vurğulayıb ki, “İsrail günahsız deyil, əksinə, zülmkardır”. Eyni zamanda, o, bir daha mövcud beynəlxalq sistemi, yəni BMT Təhlükəsizlik Şurasını “hətta ən ciddi humanitar böhranlar və ən konkret insan hüquqları pozuntuları ilə bağlı qərarların qəbulunu gecikdirməkdə” günahlandırıb. Ərdoğan bildirib ki, bu sistem "təzə ideyalara və yenidənqurmaya ehtiyac duyur".

Məryəm Quliyeva