Livan İsrailin işğalına son qoymaq üçün danışıqlara hazır olduğunu bəyan edib Dünya

Livan İsrailin işğalına son qoymaq üçün danışıqlara hazır olduğunu bəyan edib

Livan İsraillə müharibə vəziyyətinə son qoymaqda maraqlıdır və İsrail qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması ilə bağlı danışıqlara hazırdır.

Xalqcebhesi.az xəbər verir ki, bunu respublikanın prezidenti Cozef Aun Beyrutda səfərdə olan Almaniyanın xarici işlər naziri İohan Vadeful ilə Baabda sarayında görüşdən sonra deyib.

“Mən təsdiq edirəm ki, biz İsrail işğalına son qoymaq üçün danışıqlara hazırıq, lakin bu, qarşılıqlı iradə tələb edir. “İsrail hələlik bizim çağırışlarımıza cavab verməməyə üstünlük verir və hücumlarını davam etdirir”.

Aunun iddia etdiyi kimi, İsrailin davranışı göstərir ki, “aqressiv kurs onun əsas seçimi olaraq qalır”.

Məryəm Quliyeva