“Qüds məsələsi düşünülmüş strategiyanın tərkib hissəsidir” Siyasət

“Qüds məsələsi düşünülmüş strategiyanın tərkib hissəsidir”

Vüqar Zifəroğlu: "ABŞ hər zaman uzaq perspektivə hesablanmış taktiki addımlar atır"

Məhəmməd Əsədullazadə: "Bu qərarın arxasında regionda ciddi geosiyasi maraqlar dayanır"

ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarının nəticələrindən çox danışılsa da bu qərarın niyə verilməsinin pərdəarxası məqamlarına kifayət qədər yer verilmir. ABŞ prezidenti bu qərarı nədən verdi? Qeyd edək ki, Suriya və İraqda baş verən proseslərin Vaşinqtonun planlarına uyğun davam etməməsi bəllidir. Artıq İŞİD deyilən bir şey qalmayıb. Belə olan təqdirdə ABŞ-ın bölgədə qalması üçün yeni bəhanələrə ehtiyac var. Bu bəhanələrdən biri də İsrailin təhlükəsizliyini qorumaqdır.
ABŞ-ın NBC telekanalı Trampın bu qərarına ətrafının və seçkiqabağı kampaniyalar vaxtı verdiyi vədlərin təsiri olduğunu bildirib: "Ən böyük təsir vitse-prezident Mayk Pens və Respublikaçıları maliyyələşdirən milyarder Şeldon Adelsindən gəlib. Adelson Trampla hər söhbətində Qüds məsələsini qaldırırdı. Bundan başqa, Trampa Qüdslə bağlı təzyiq göstərənlər arasında Ağ Evin sabiq baş strateqi Stiven Bennon və hazırda ABŞ-ın İsraildəki səfiri olan Devid Fridman da olub".
Bundan başqa bir çox analitik mərkəzlər bənzər təhlillər yaysa da ağlabatan hesab olunmur və daha çox sifariş əsasında hazırlanmış materiallara bənzəyir.
Gözlənildiyi kimi proses getdikcə faha gərgin forma alır. Bu arada Fələstin hökuməti ABŞ-ın vitse-prezidenti Maykl Penslə görüşməkdən imtina edib. Fələstinin hakim "Fəth" partiyasının nümayəndəsi Cabril Racib bildirib ki, buna səbəb ABŞ Prezidenti Donald Trampın dekabrın 6-da Qüdsü İsrailin paytaxtı kimi rəsmən tanıması olub.
Türkiyə isə islam ölkələri içərisində sərt və açıq şəkildə mübarizə aparan və aktiv fəaliyyət göstərən ölkədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Roma Papası Fransisk ilə telefon danışığı aparıb. Ərdoğan və Papa Qüdslə bağlı son vəziyyəti müzakirə ediblər. Türkiyə prezidenti bölgədə sabitliyi bərpa etmək üçün 1967-cü il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin bərpasının vacibliyini vurğuyıb. Telefon danışığının sonunda liderlər birgə bəyanat yayaraq, Qüdsün statusunun dəyişdirilməsinin bölgədə gərginliyi artıracağını bildiriblər.
Təbii ki, Birləşmiş Ştatlar gərginliyin artacağını hesablamamış deyil və analitik mərkəzlərə milyardlarla vəsait ayıran bir dövlətin təsadüfi qərar verməsini düşünmək sadəlövhlük olar. Görünən odur ki, ABŞ bölgədə qalmaq istəyir və ona növəbti Suriyalar, xaoslar və buradan yaranan bəhanələr lazımdır...

"Bu addımın zamanlaması təsadüfi deyil"

"Oğuz" Müstəqil Araşdımaçılar Qrupunun rəhbəri, analitik Vüqar Zifəroğlu "Xalq Cəbhəsi"nə açıqlamasında bildirdi ki, Qüds elə bir məsələdir ki, burada məsələyə hansısa ekspromt, yaxud reytinq xətrinə atılmış addım kimi şərh verilməsi düzgün deyil: "Amerika sisteminə az çox bələd olan mütəxəssislər mənim bu fikrimlə razılaşarlar ki, müəyyən prioritet məssələlər var və həmin məsələlərlə bağlı ABŞ hər zaman uzaq perspektivə hesablanmış taktiki addımlar atır. Qüds məsələsi də kifayət qədər ciddi düşünülmüş və strateji hədəflərə hesablanmış bir məsələdir. Bu nə Trampın ekspromt qərar qəbul etməsi, nə reytinqə hesablanmış məsələ deyil. Bütün bunların hamsı düşünülmüş bir strategiyanın tərkib hissəsidir".
Analitik Trampın addımının zamanlamasına diqqət çəkib: "Bölgə ölkələri İŞİD-n sona çatdığını elan etdikdən sonra Qüds məsələsi ortaya atılır. Bütün bu proseslər eyni zamanda Səudiyyə Ərəbistanında müəyyən dəyişikliklərin getməsi fonunda başlayır. Həmçinin ərəb ölkələrinin öz daxilində bir krizisin yaşandığı, Yəməndə İran-ərəb qarşıdurmasının ən şiddətli kuliminasiya nöqtəsinə çatdığı, Yəmənin eks prezidentinin qətlə yetirildiyi bir zamanda baş verir. Bundan başqa Sinay yarımadası ilə bağlı da uzun müddətdir ki, kifayət qədər ciddi informasiyalar dolaşır. Hətta Səudiyyə Ərəbistanı və Misirin razılığı ilə fələstinlilərin ora köçürülməsi məsələsi gündəmə gətirilirdi. Düşünmürəm ki, bütün bunların hamısı bir biri ilə əlaqəsi olmayan fərqli məsələlərdir".
Vüqar Zifəroğlu əlavə etdi ki, Türkiyə və İranın bu məsələ ilə bağlı atacağı addımlar çox mühümdür: "Amerikanın yanında yer alacağı düşünlən Misir rəhbəri Sisi belə buna qarşı çıxdı".

"Dini zəmində qarşıdurmalar artacaq"

Cənubi Qafqaz Təhlükəsizlk və sülh İnstitutunun rəhbəri, politoloq Məhəmməd əsədullazadə diqqətə çatdırdı ki, ABŞ prezidenti Donald Trampın Qüds qərarı əsasən seçki öncəsi verdiyi sözə əməl edir. Onun fikrincə, ondan əlavə, burada Yəhudi lobbisinin mümükün təsirlərinidə vurğulamaq lazımdır: "Çünki, bu qərarın arxasında regionda ciddi geosiyasi maraqlar dayanır. İsraillə ABŞ arasında Tramp seçiləndən sonra çox ciddi siyasi əlaqələr formalaşıb. İsrail ABŞ-ın regionda əsas müttəfiqi olmaqla regionda siyasi-hərbi maraqlarının təmin edilmısində mühüm rol oynayır. Bu qərarın arxasında çox ciddi mətləblər dayanır. Burada Fələstini sıxışdırmaqla məcbur sülhə cəlb etmək, ərəb ittifaqını parçalamaq və regionda ABŞ-ın mövqeyini gücləndirməkdi. Hazırda ABŞ bu qərarla beynəlxaq qanunları tapdalamış oldu. Verilən qərara dünyada sülhə və təhlüksizliyə ciddi zərbə vurmaqla, dini zəmində qarşıdurmaları artıracaq. Terrorun genişlənməsinə səbəb olcaq. Regionda bundan sonra münaqişənin yeni fazaya keşməsi ilə fələstinlə İsrail arasında hərbi qarşıdurmanı dərinləşdirdi. Bu Trampın İsrail-Fələstin münaqişəsini həll etmək çağırışlarının manipulyasiya olmasının nəticəsidir. ABŞ-n xarici siyasətində kardinal dəyişilik Yaxın Şərqi xaosa bürüyür. Yaxın Şərqdə rmünaqişələri dərinləşdirməklə, burada əsas tərəf kimi israilin təhlüısizliyini təmin etməkdən ibarətdir".

Əli Zülfüqaroğlu