3 Noyabr 16:39
1 176
“Fransa Silahlı Qüvvələr Nazirliyinin parlamentə təqdim etdiyi son hesabatda bildirilir ki, Ermənistan 2023–2024-cü illər ərzində Fransa ilə ümumi dəyəri 274 milyon avrodan artıq olan silah tədarükü müqavilələri bağlayıb. Sənəddə qeyd olunur ki, bu əməkdaşlıq “yalnız müdafiə xarakteri daşıyır” və tərəflər arasında “yeni texnikanın ixracı, hərbi təlimlərin və birgə əməliyyatların təşkili” məqsədilə həyata keçirilir. 2023-cü ildə İrəvanda Fransa müdafiə missiyasının yaradılması da bu istiqamətdə əməkdaşlığın institusional əsasda möhkəmlənməsinə şərait yaradıb. Fransa ilə Ermənistan arasındakı bu hərbi yaxınlaşma bir tərəfdən Ermənistanın təhlükəsizlik narahatlıqlarından irəli gələn təbii addım kimi təqdim olunur. Lakin digər tərəfdən bu proses regionda, xüsusilə də Cənubi Qafqazda həssas sülh təşəbbüslərinin davam etdiyi bir vaxtda baş verdiyindən paradoksal mənzərə formalaşdırır”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında hərbi ekspert Anar Şuşalı söyləyib.
A.Şuşalının bildirdiyinə görə, Ermənistanın rəsmi səviyyədə sülhə və diplomatik həllə sadiqliyini bəyan etməsinə baxmayaraq paralel şəkildə silahlanmanı sürətləndirməsi beynəlxalq ictimaiyyətdə və qonşu ölkələrdə haqlı suallar doğurur: “Bu vəziyyət regiondakı güc balansını dəyişmək potensialına malikdir. Sülh prosesi ilə yanaşı artan hərbi potensial, tərəflər arasında etimadın bərpasına deyil, əksinə, qarşılıqlı şübhələrin dərinləşməsinə xidmət edə bilər.
Nəticədə, siyasi dialoqun gücləndirilməsinə yönəlmiş səylər hərbi rəqabət fonunda arxa plana keçə bilər. Bu isə Cənubi Qafqazda dayanıqlı sabitliyin formalaşması baxımından risk faktorudur”.
Röya İsrafilova
3 Noyabr 22:02
672
3 Noyabr 20:38
812
3 Noyabr 18:14
1 106