Azərbaycan UNESCO-nun 15 dekabrı “Dünya Türk Dilləri Ailəsi Günü” elan etməsini alqışlayıb
Kolumbiyada polis şöbəsi yaxınlığında maşın partlayıb, iki nəfər ölüb
Azərbaycan nümayəndə heyətinin Rumıniya Senatında görüşü keçirilib
“Kaan” döyüş təyyarəsi Türkiyə ordusunun inventarına daxil ediləcək
Finlandiya Prezidenti Putin-Tramp görüşünü G20-də keçirməyi təklif edib
14:25
1 029
Sakit okeandan Filippinə yaxınlaşan Kalmaegi qasırğası səbəbindən on minlərlə insan təhlükəsiz ərazilərə təxliyə edilib, balıqçıların üzməsi qadağan edilib.
Xalqcebhesi.az xəbər verir ki, yerli hakimiyyət orqanları saatda 120 kilometrə çatan küləklərlə müşayiət olunan Kalmaegi qasırğasının bu gün Filippinin qərbinə çatacağını gözləyir.
Ölkənin qərb və mərkəzi bölgələrinə güclü külək və yağış gətirəcəyi gözlənilən qasırğa səbəbindən sahilyanı ərazilərdə yaşayan 70 mindən çox insan ordunun köməyi ilə təhlükəsiz bölgələrə təxliyə edilib.
Bölgədə balıqçılara da üzmək qadağan edilib.
2013-cü ilin noyabrında ölkəni vuran “Haiyan” qasırğasında 7300-dən çox insan həyatını itirib.
Məryəm Quliyeva