14:46
1 106
Rusiyanın baş naziri Mixail Mişustin və Çin Dövlət Şurasının Baş naziri Li Qianq iki ölkənin hökumət başçılarının Hançjouda keçirilən 30-cu növbəti iclasının yekunları üzrə birgə kommünike imzalayıblar.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Mişustin və Li Qianqın iştirakı ilə səkkiz sənəd imzalanıb.
Bundan əlavə, Rusiya Baş nazirinin müavini Dmitri Çernışenko və Çin Baş nazirinin müavini He Lifeng hökumət başçılarının müntəzəm görüşlərinin hazırlanması üzrə Rusiya-Çin Komissiyasının 29-cu iclasının protokolunu imzalayıblar. Rusiya və Çin həmçinin peyk naviqasiyası sahəsində əməkdaşlıq üçün yol xəritəsini təsdiqləyiblər.
Məryəm Quliyeva