“Gecikmiş yardım: Ukrayna zərbə altında” Dünya

“Gecikmiş yardım: Ukrayna zərbə altında”

“Əgər ilkin mərhələdə kifayət qədər maddi və hərbi yardım verilmiş olsaydı, Ukraynanın işğal altında qalan əraziləri daha az olardı və milyonlarla vətəndaş qaçqınlıq həyatına məruz qalmazdı”.

Bunu hərbi ekspert Emin Həsənli “Xalqcəbhəsi.az”a açıqlamasında bildirib.

Onun sözlərinə görə, ilkin dövrdə yalnız müdafiə silahları verildi ki, Rusiya ərazisini vura bilməsin. Ukraynanın əlini-qolunu bağlayıb müharibəyə göndərdilər. İndi isə vəd verdikləri silahların verilməsini ləngidirlər: “Bu gecikmə həm Ukraynanın iqtisadiyyatına, həm də döyüş hazırlığına ciddi zərbə vurur. Rusiya isə aqressiv şəkildə işğalı davam etdirir. Azərbaycan isə göstərdi ki, yalnız öz gücünə, ordusuna və iqtisadiyyatına arxalanmaqla ölkənin təhlükəsizliyini təmin etmək mümkündür”.

Günel Elxan