“Azərbaycan-Xorvatiya münasibətlərinin beynəlxalq hüquq müqavilə əsasları yaradılıb” Siyasət

“Azərbaycan-Xorvatiya münasibətlərinin beynəlxalq hüquq müqavilə əsasları yaradılıb”

Prezidenti İlham Əliyev Xorvatiya Respublikasına rəsmi səfər edib. Sentyabrın 6-da geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin iştirakı ilə Azərbaycan-Xorvatiya sənədlərinin imzalanması mərasimi olub.
Ekspertlər Prezidentin səfərinin və iki ölkə arasındakı münasibtlərin əhəmiyyətini dəyərləndiriblər.
Millət vəkili, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xorvatiya Respublikasına səfəri böyük əhəmiyyət daşıyır: "Hər şeydən əvvəl bu onunla bağlıdır ki, Azərbaycan-Xorvatiya münasibətlərinin beynəlxalq hüquq müqavilə əsasları yaradılıb. Siyasi, ticarət, iqtisadi, elmi texniki, mədəni və hümanitar sahələrdə geniş əməkdaşlıq var. Xorvatiyanın yerləşdiyi Avropanın Cənubu, Balkan yarımadası dünyanın mühüm geosiyasi məntəqələrindən biridir. Azərbaycan dövləti Balkan regionunda bir sıra layihələri həyata keçirir. Fikrimcə, cənab Prezidentin Xorvatiya Respublikasına səfəri qarşılıqlı münasibətlərdə yeni addım olacaq".
Millət vəkili Elman Məmmədov isə bildirib ki, Azərbaycan müstəqillik qazanandan sonra tək Xorvatiya ilə deyil, ümumiyyətlə Balkan yarımadasında olan ölkələrlə diplomatik münasibətlərimiz yaranıb: "Bura Xorvatiya Respublikası da daxildir". Onun sözlərinə görə, Xorvatiya da Azərbaycanla əlaqələrin genişlənməsində çox maraqlı olan bir dövlətdir: "Xüsusilə də Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə məsələsində oynadığı rolda Xorvatiyanın maraqları çoxdur. Neft-qaz layihələrinə qoşulmaqda, onlarda iştirak etməkdə Xorvatiyanın maraqları xeyli çoxdur. Təbii ki, əlaqələrimiz müsbət istiqamətdə inkişaf edir və əməkdaşlığımız genişlənir. Bu əməkdaşlıqda hər iki ölkənin öz siyasətinə uyğun, özünün inkişafına uyğun maraqları var. Təbii ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xorvatiya Respublikasına rəsmi səfəri də əməkdaşlığın, tərəfdaşlığın genişlənməsinə, daha da yaxınlaşmasına səbəb olacaq bir səfərdir".

Əli