Gürcüstan azərbaycanlıları niyə təşkilatlana bilmir? Siyasət

Gürcüstan azərbaycanlıları niyə təşkilatlana bilmir?

Mübariz Göyüşlü: "Səbəb iddiaların imkanlardan yüksək olmasıdır"

"Gürcüstandakı ermənilər sağlamniyyətli aktiv olsaydılar, Tiflis indi regional siyasi və iqtisadi əməkdaşlıq mərkəzinə çevrilərdi...". Bu açıqlama ilə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu çıxış edib. Onun sözlərinə görə, digər dövlətlərdə olan erməni diasporu da Dağlıq Qarabağ münaqişəsinin inkişaf perspektivlərinə eynilə Ermənistan rəsmiləri kimi yanaşır: "Gürcüstan erməniləri də bu kontekstdə digər ölkələrdəki ermənilərdən fərqlənmir; mövcud olduqları dövlətə problem yaratmaqla məşğuldurlar".
Bu və digər faktorlar Gürcüstan azərbaycanlılarının təşkilatlanmasını zəruri etsə də biz, bunun şahidi olmuruq. Bunun səbəbini ekspertlərdən soruşduq.
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Qaraçuqlu bildirdi ki, ümumilikdə götürdükdə təşkilatlanma məsələlərinin öz qanun və qaydaları var: "İlk növbədə bu, təşkilatlanma məsələsinin düzgün qoyulmasıdır, Bundan savayı qəti ifadə olunmuş ideya, istiqamət, maraqlar və sairə düzgün şəkildə istiqamətləndirilməlidir. Ən əsası digər ölkələrdə yaşayan azərbaycanlıların fəallaşmasında Azərbaycan dövlətinin özünün marağı olmalıdır. Məsələ təkcə Gürcüstanla bitmir. Digər ölkələrdə yaşayan azərbaycanlıların da təşkilatlanma məsələsi o qədər də ürəkaçan deyil. Görünür Diasporla iş üzrə Dövlət Komitəsi bu istiqamətdə tam mənada fəaliyyət göstərə bilmir. Bu isə tamam başqa mövzunu əHatə edir".
Araşdımaçı jurnalist Elman Cəfərli diqqətə çatdırdı ki, uzun illər Gürcüstanda yaşayan azərbaycanlıların problemlərini dilə gətirən, rəsmi Tiflis qarşısında qaldıran ciddi qurum olmayıb: "Populist çıxışlar, qeyri-real çağırışlar dövrü arxada qaldı. İndi sağlam düşüncə zamanıdır. Toplumlar arasında uzlaşma nöqtələri tapılmalı, ayrıcı məqamlardan qaçınılmalıdır. Gürcüstan azərbaycanlılarının təşkilatlana bilməmələri Gürcüstandakı vəziyyətlə bağlı idi: "15 il öncə bu toplum özünü Gürcüstanda müvəqqəti hesab edirdi. İndi belə deyil. Artıq möhkəmləniblər, təşkilatlanma da başlanıb. Ümumi zəiflik mental xüsusiyyətdir, biz necəyiksə, Borçalı türkləri də elədir. Xırda hisslər, məhəllə şovinizmi bizdə necədirsə, onlarda da fərqli deyil. Amma hər şey yaxşılığıa doğrudur. Ümid edirəm ki, gələn seçkilərdə Gürcüstan azərbaycanlılar daha mütəşəkkil iştirak edəcək, daha çox mandata sahib olacaqlar".
"Müasir İnkişaf" İctimai Birliyinin sədri Mübariz Göyüşlü vurğuladı ki, səbəb iddiaların imkanlardan yüksək olmasıdır: "Hər kəs birinci və lider olmaq istəyir, kimsə kimsəni qəbul edib onun rəhbərliyi altında birləşmək istəmir. Ən pisi isə kimsə digərinə dəstək vermək istəmir. Bəzi təşkilatlar gürcü ilə bir yerdə olmağı daha məqbul sayır nəinki öz soydaşı ilə birgə çalışmağı. Bununla yanaşı hər yerdə olduğu kimi Gürcüstanda da azərbaycanlılar təşkilati işlərə, ictimai-siyasi proseslərdə aktiv iştiraka müsbət yanaşmırlar. Bu istiqamətdə o qədər də həvəsli və aktiv görünmürlər. Daha bir səbəb isə Diasporla İş üzrə Dövlət Komitəsinin Gürcüstandakı fəailiyyətinin yarıtmazlığıdır. Komitənin buradakı fəaliyyətinin ümumiyyətlə hiss etmək olunmur".
Azərbaycan Milli Dirçəliş Hərəkatı Pratiyasının Güney Azərbaycan Departamentinin rəhbəri Əlirza Amanbəyli "təəssüflə qeyd etməliyəm ki, başqa yerlərdə olduğu kimi Gürcüstanda öz tarixi torpaqlarında yaşayan soydaşlarımız ümummilli məsələlərdə vahid bir mərkzdə toplana bilmirlər",- deyə vurğuldı: "Bunun əsas səbəblərindən bir təşklat rəhbərləri arasında olan zərərli rəqabətdir. Təəssüf ki, təşkilat rəhbərləri başqa təşkilat rəhbərləri arasında olan şəxsi ixtilaflar təşkilatlar daxilinə aparılır və bu ixtilaflar həmin təşkilatların ya parçlanmasına ya da təmamilə dağılmasına səbəb olur. Bu məsələ təkcə Gürcüstan türklərinə aid deyil Güney Azərbaycan təşkilatlarında da bu poroblem var. Bu məsələ bizim düşmənlərimizin mənafelərinə xidmət edir. Təşkilatlarımızın gücü birbirini dağıtmağa səfrf olunur".

Əli