Azərbaycan Prezidenti Folklend adaları məsələsinə münasibət bildirib
Prezident: Azərbaycandan Yaponiyaya xam neft tədarükü böyük əhəmiyyət kəsb edir
“Ekspertlər bu forumun nüfuzlu beynəlxalq platformaya çevrildiyini vurğulayır”
Aİ İsrail məskunlaşma məntəqələrinə qarşı sanksiyaları müzakirə edir
6 Avqust 2019 12:33
1 498
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 6-da Füzuli rayonu ərazisində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik, onun səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçiriblər.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Oqnyen Joviç aparıblar.
11:40
126
11:36
259
11:33
308