11:32
651
Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri bazar ertəsi keçiriləcək növbəti görüşdə İordan çayının qərb sahilindəki İsrail məskunlaşma məntəqələrinə qarşı sanksiyaların tətbiqi məsələsinə baxacaqlar.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən "Reuters" agentliyi məlumat yayıb.
Agentliyin qeyd etdiyi kimi, Avropa Komissiyası Aİ ölkələrinə İsrail məskunlaşma məntəqələri ilə bağlı üç ssenari təklif edən hesabat təqdim edib: qoruyucu idxal rüsumlarının tətbiqi, idxal tədarükünün ciddi şəkildə lisenziyalaşdırılması və ya bu ərazilərdən gələn məhsulların idxalına tam qadağa qoyulması. Agentliyin həmsöhbətləri qeyd edirlər ki, son həftələrdə Aİ daxilində İsrail məskunlaşma məntəqələrinə qarşı sərt tədbirlərin tərəfdarlarının sayı artıb.
Məryəm Quliyeva