Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək Cəmiyyət

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyulun 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub.

Bu barədə DSMF-dən məlumat verilib.

Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.