Dünya bazarlarında neft 4%-dən çox bahalaşıb İqtisadiyyat

Dünya bazarlarında neft 4%-dən çox bahalaşıb

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin avqust müqaviləsinin dəyəri 4,1% artaraq 1 barelə görə 79,13 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin avqust ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 4,15% artaraq 74,37 ABŞ dollarına bərabər olub.