11:28
714
İran və ABŞ arasında yaranan son gərginlik fonunda yük gəmiləri öz yerləri barədə siqnal vermədən, transponderlərini (izləmə cihazlarını) söndürərək Hörmüz boğazından keçməyə başlayıblar.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Kpler" analitik şirkətinin məlumatlarına istinadən "Bloomberg" agentliyi xəbər yayıb.
Analitiklərin məlumatına görə, 12 iyul tarixində boğazdan açıq şəkildə keçən bir dənə də olsun gəmi qeydə alınmayıb. Bununla belə, transponderləri söndürülmüş altı ticarət gəmisi Hörmüz boğazını kəsib keçib. Yük gəmilərinin sahibləri ABŞ və İran arasında yaranan yeni gərginlik dalğası fonunda, həmçinin marşrutlara kimin nəzarət etdiyi və onların təhlükəsizliyini kimin təmin etdiyi ilə bağlı qeyri-müəyyənlik səbəbindən bu cür addımlara əl atıblar.
Sonuncu dəfə gəmilər ABŞ-nin müəyyən etdiyi cənub dəhlizi ilə Hörmüz boğazından açıq şəkildə ötən çərşənbə günü keçiblər. İranın müəyyən etdiyi şimal marşrutu ilə isə şənbə günü bir neçə gəmi keçid edib.
Məryəm Quliyeva