Paytaxtın bir sıra küçələrində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq Hadisə

Paytaxtın bir sıra küçələrində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

Aparılacaq təmir işləri ilə əlaqədar paytaxtın bir sıra küçələrində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, məhdudiyyətlər iyulun 13-ü saat 07:00-dək aşağıdakı yol sahələrini əhatə edəcək:

Səməd Vurğun küçəsində – Füzuli küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinədək;

Nazim Hikmət küçəsində – Həsən bəy Zərdabi küçəsi və Mətbuat prospektindən Abbas Mirzə Şərifzadə küçəsinədək;

Sənan Abdullayev küçəsində (Baksol yolu) – Ziya Bünyadov prospektindən Sənan Abdullayev küçəsi, döngə 1-dək.

Qeyd olunan ərazilərdə aparılan təmir işləri ilə əlaqədar sürücülərdən müvəqqəti narahatlığa anlayışla yanaşmaları, hərəkət marşrutlarını əvvəlcədən planlaşdırmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.