11:26
658
Avropa İttifaqı (Aİ) səfirləri Brüsseldə keçirilən Aİ xarici işlər nazirlərinin görüşünədək 21-ci sanksiyalar paketini razılaşdıra bilməyiblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Aİ-nin diplomatiya xidmətinin rəhbəri Kaya Kallas məlumat verib.
"21-ci sanksiyalar paketi üzərində iş tamamlanmayıb. Hələlik razılıq yoxdur, hələ də açıq qalan suallarımız var", — deyə Kallas bildirib.
O izah edib ki, Rusiyaya qarşı yeni energetika, bank və ixrac məhdudiyyətlərini nəzərdə tutan 21-ci paketin əvəzinə, Aİ XİN rəhbərləri "müxtəlif fəaliyyətlərlə məşğul olan" 250 nəfərin qara siyahıya salınmasını təsdiqləyəcəklər. Kallas bunun aralıq fərdi məhdudiyyətlərin "ən böyük bloku" olacağını vurğulayıb.
Avropa Komissiyası daha əvvəl 21-ci sanksiyalar paketini məhz bu nazirlər görüşündə qəbul etmək niyyətində idi.
Məryəm Quliyeva