Azərbaycanla Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək
Prezident İlham Əliyev: Azərbaycan-Rusiya münasibətləri tam şəkildə normallaşıb
Azərbaycan Prezidenti: Rusiya ilə Ukrayna arasında müharibə dərhal dayandırılmalıdır
“Bu gün regional inteqrasiya üçün tamamilə fərqli tarixi mərhələdəyik”
10:20
553
Avropa Komissiyası ilə münasibətlərdən çox razıyıq.
Bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.
“Avropa Komissiyası ilə münasibətlərdən çox razıyıq. Hesab edirəm ki, son aylarda Avropa İttifaqının yüksək səviyyəli nümayəndələrinin Azərbaycana səfərlərinin intensivliyi də misilsiz xarakter daşıyır. Belə ki, mart ayından iyul ayına qədər Avropa Şurasının Prezidenti, Avropa Komissiyasının Prezidenti və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Azərbaycana səfər ediblər. Bütün bu səfərlər çox uğurlu keçdi, məhsuldar nəticələr verdi və təkcə ikitərəfli münasibətlər deyil, həm də qlobal gündəmdə baş verən proseslərlə bağlı geniş və ətraflı müzakirələr aparıldı”, - deyə dövlət başçısı qeyd edib.