ABŞ və Livan İsrail qoşunlarının ölkə ərazisindən çıxarılması mexanizmini müzakirə ediblər
Avropa çempionatı: Azərbaycanın qadın basketbolçuları Rumıniyanı məğlub edib
"Bloomberg": Türkiyə Rusiyanın S-400-lərindən imtina edərək ABŞ-nin F-35-lərini almaq istəyir
Peruda 500-dən çox yeni doğulmuş körpəyə Halandın adı verilib
Almaniya Kloppla razılığa gəldi: Bu halda rəsmi müqavilə imzalanacaq
19:21
609
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.
Dalğıclar tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1961-ci il təvəllüdlü Hacıyev İlqar Qəzənfər oğlu Dənizkənarı Bulvar İdarəsinin Mühafizə xidmətinin əməkdaşının iştirakı ilə xilas edilib.