Türk Şurası Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i pisləyir Siyasət

Türk Şurası Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i pisləyir

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda qondarma “prezident və parlament seçkiləri”ni pisləyir.
“Xalq Cəbhəsi” bu barədə təşkilatın bəyanatına istinadən məlumat verir.
Qeyd olunur ki, qondarma “seçkilər” beynəlxalq hüquq norma və prinsiplərinə, o cümlədən Helsinki yekun aktının və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə ziddir:
“Qondarma “seçkilər”in keçirilməsi ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması səylərinə ziyan vurur. Biz ATƏT-in Minsk qrupunu və beynəlxalq ictimaiyyəti qondarma “seçkilər”i tanımamağa çağırırıq”.
Bəyanatda o da qeyd olunur ki, Türk Şurasının üzv dövlətləri beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini ifadə edir və bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı əsasında tez bir zamanda nizamlanmasının vacibliyini vurğulayır.