⁠Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanıldı Hadisə

⁠Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanıldı

İyulun 24-də ölkə ərazisində qeydə alınan 49 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 106, o cümlədən borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

⁠Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

⁠Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.