“Paşinyanın siyasi nüfuzu getdikcə azalmaqdadır Siyasət

“Paşinyanın siyasi nüfuzu getdikcə azalmaqdadır

Aydın Mirzəzadə: “Ermənistan növbəti dəfə özünün Azərbaycan tərəfindən çox sərt siyasi zərbəsini aldı”

“Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammiti bir neçə aspektdən mühüm əhəmiyyət kəsb edirdi. İlk növbədə, Avropa-Azərbaycan əməkdaşlığının həm Avropa, həm də Azərbaycan tərəfindən yüksək qiymətləndirilməsi bu istiqamətdə aparılan işlərin nəticəsidir”.
Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
A.Mirzəzadə bildirib ki, digər tərəfdən isə Sammitdə iştirak edən Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə özünün diletantlığını, bu məsələ barəsində hazırlıqsızlığını ortaya qoydu:
“Paşinyanın Azərbaycana böhtan atmaq cəhdinın qarşısı cənab Prezident İlham Əliyev tərəfindən çox qətiyyətlə alındı. Cənab Prezident yenidən diqqəti Ermənistanın Azərbaycan torpaqlarını işğalına və bunun beynəlxalq səndlərdə öz əksini tapmmasına yönəltdi.
Digər tərəfdən, Ermənistan növbəti dəfə özünün Azərbaycan tərəfindən çox sərt siyasi zərbəsini aldı. Bundan əvvəl də cənab Prezident faşizm nümayəndələrinin Ermənistanda qəhrəmanlaşdırılması, Ermənistanın apardığı siyasətin hüquqazidd olması, Ermənistanın işğalçılıq siyasəti və digər məsələlərlə bağlı faktları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.
Bu dəfə də Prezident İlham Əliyevin çox düzgün olaraq Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunması məsələsini xatırladaraq Paşinyana xitabən “belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim” söyləməsi növbəti dəfə Ermənistanı beynəlxalq ictimaiyyətin gülüş hədəfinə çevirdi.
Onsuz da Paşinyanın Ermənistanda siyasi nüfuzu getdikcə azalmaqdadır. Ermənistanda müxtəlif qütbdən olan müxalifət artıq ölkənin vəziyyətinin ağır olduğunu və buna görə Ermənistan rəhbərliyinin məsuliyyət daşıdığını daha gur səslə bildirirlər. Hesab edirəm ki, Paşinyan bir daha özünün timsalında Ermənistanın arqumentsizliyini, orta təfəkkürlə idarə olunduğunu, bu ölkənin mehriban qonşuluq siyasətinə riayət etmədiyini bir daha ortaya qoydu”.