“Bu, ASALA-nın yeni təhdididir” Siyasət

“Bu, ASALA-nın yeni təhdididir”

Asim Mollazadə: "Türklərə nifrətlə yaşayan ASALA erməni diasporalarından aldıqları dəstəklə terror fəaliyyətini davam etdirir"

Fərəc Quliyev: "Belə cılız düşmənlərin təhdidlərindən çəkinməli deyilik və adekvat cavab verə bilərik"

ASALA terror təşkilatı qardaş ölkə Türkiyəni terrorla hədələyir. Bunun da kökündə Türkiyənin aprelin 24-də Çanqqala zəfərini qeyd etməsi və dünya liderlərini ora dəvət etməsi dayanır. ASALA-nın təhdidləri Türkiyə üçün nə qədər təhlükəlidir?
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib ki, erməni terror təşkilatı ASALA-nın fəaliyyətinə beynəlxalq aləmdən ciddi reaksiyalar verilmədiyinə görə, fəaliyyətini davam etdirə bilir.. Millət vəkili deyib ki, bu, ASALA-nın yeni təhdididir: "Türklərə nifrətlə yaşayan ASALA erməni diasporalarından aldıqları dəstəklə terror fəaliyyətini davam etdirir. Sadəcə olaraq beynəlxalq ictimaiyyətdən dəstək lazımdır ki, terrorla mübarizə zamanı yenidən ASALA-nın təhdidlərinə cavablar verilsin".
A. Mollazadə əminliklə vurğulayıb ki, Türkiyə kifayət qədər güclü dövlətdir və növbəti terror hadisəsinin qarşısını alacaq.
Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev deyib ki, bu gün Azərbaycan və Türkiyənin güclü ordusu, təhlükəsizlik qüvvələri var: "Ona görə də belə cılız düşmənlərin təhdidlərindən çəkinməli deyilik və adekvat cavab verə bilərik".
Millət vəkili qeyd edib ki, Ermənistanın arxasında böyük dövlətlər dayanır: "Azərbaycan ərazilərini də rus ordusunun köməyi ilə Ermənistan işğal edib. Eyni zamanda, ermənilər 366 polkun köməyi ilə Xocalı soyqırımını törədiblər. İndi soyqırımı edənlər ASALA vasitəsi ilə terror da etmək istəyirlər. Biz ASALA-nın təhdidlərindən çəkinməli deyilik. Çünki Azərbaycanın da, Türkiyənin də güclü təhlükəsizlik qüvvələri var. Ona görə də onlara adekvat cavab veriləcək".
F. Quliyev deyib ki, ermənilər "böyük Ermənistan" xülyası ortaya qoyublar və bunu Türkiyə və Azərbaycan əraziləri hesabına etmək istədiklərini heç yerdə də gizlətmirlər: "ASALA terror təşkilatı 70-ci illərdə Avropada xeyli türk diplomatına qarşı terror həyata keçirib. İslam dininə sitayiş edən birisi nə isə bir hadisə törədəndə onu İslamın üz qarası kimi təqdim edirlər. Ancaq ASALA xristian ermənilərin terror təşkilatı olduğuna görə kimsə onu xristianlığın üz qarası kimi təqdim etmək istəmir. Ona görə də Qərb dövlətlərinin bu məsələyə münasibətini birmənalı şəkildə ortaya qoymalarını tələb etmək lazımdır".

Əli