Azərbaycanlı rəsmilər ayrı-seçkilik siyasətindən danışdılar! Güney Azərbaycan

Azərbaycanlı rəsmilər ayrı-seçkilik siyasətindən danışdılar!

İran İslam Cümhuriyyətinin Güney Azərbaycana qarşı ayrı-seçkilik siyasəti zaman-zaman yerli məsullar tərəfindən dilə gətirilir.
Təbrizin icra başçısı Rəhim Şöhrəti Fər bir qrup aktyor (kargərdan) və yönətmənin qarşısında danışarkən deyib:
"Diqqət edib, dövlətin ayırdığı büdcə çox azdır. Hətta özlərinin də idarə etmə məsələlərində çətinlikləri var və bir sıra problemlərlə qarşı-qarşıyadırlar.
Biz özümüzü "birinciyik" kimi sözlərlə aldadırıq. Halbu ki, bir çox sahədə geri qalmışıq və hətta bütün sahələri nəzərə alsaq ölkə şəhərləri arasında təxminən 6-cı yerdəyik. Hətta bəzi kiçik şəhərlərdən də geridəyik, bu isə Təbrizə heç yaraşmır!"
Şərqi Azərbaycan Vilayətinin (ostan) Millət vəkilləri Birliyinin nümayəndəsi isə Planlaşdırma Şurasının iclasında bunları deyib: "Şərqi Azərbaycan Vilayətinin vəziyyəti 215-ci maddənin imtiyazlarından bəhrələnm və milli büdcənin cəzbi məsələsində yaxşı deyil və bu zəmində düzgün proqramların olduğu da müşahidə olunmur."
Məhəmməd Həsənnəjad Şəbistərin əsas probleminin Urmu gölünün quruması olduğunu da xüsusi olaraq diqqətə çatdırıb.