““Kazım Daşı” qalasına diqqət yetirilməlidir” Güney Azərbaycan

““Kazım Daşı” qalasına diqqət yetirilməlidir”

Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Qərbi Azərbaycanda turizm və mədəniyyət məkanlarının məhv olmasına təəssüflənib.
Nadir Qazipur tarixi məkanların baxımsız vəziyyətdə olduğu vəya unudulduğunu bildirib:
"Misal üçün Urmiyə ətrafında ƏsgərAbad adlı bir kənd olub və onun ətrafında əhali tərəfindən möhkəm bir qala tikilib. Bu qala uzaq keçmişdə əhalini 600-700 dəfə düşmənin hücumundan qoruyub. Kənd əhalisi çox cəsarətli olub və bu qala vasitəsi ilə özlərini müdafiə ediblər. Lakin indi bu tarixi kənd diqqətdən kənarda qalıb və hazırda onun aradan getməsini və yerində yeni quruculuq işlərinin aparılmasına şahidik."
Millət vəkili vurğulayıb ki, "əgər bu kənd bir Avropa ölkəsində vəya hətta Türkiyədə olsaydı, onlar öz tədbirləri ilə ən azı 50-60 min turisti bu məkana cəlb edib və bu fürsətdən düzgün istifadə edərdilər."
N.Qazipur Urmiyənin tarixi "Kazım Daşı" qalasının vəziyyətinə də toxunub: ""Kazım Daşı" qalası turizm sahəsində unudulan bir məkandır. Kazımxan çox cəsarətli bir savaşçı olub, o xarici qüvvələrlə mübarizədə Ənzəl məntəqəsinin əhalisini iğtişaşlardan qoruyub və bölgənin təhlükəsizliyində böyük rol oynayıb. Mədəni-Miras İdarəsi bu məkanı düzgün tanıtdıraraq məntəqəyə turistlərin cəlb edilməsinə yardımçı olmalı idi."
Azərbaycanlı millət vəkili sözü gedən qalanın mədəni əhəmiyyətini də vurğulayaraq Qərbi Azərbaycanın Mədəniyyət və Turizm Mirası İdarəsini bu tarixi məkana diqqət yetirməyə çağırıb.