22 Aprel 2020 13:26
12 887
UEFA Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) koronavirus pandemiyası üzündən 2021-ci ilin sonunadək bütün turnirləri ləğv etməklə bağlı tövsiyə almasına münasibət bildirib.
Qurumun mətbuat xidmətindən Rusiyanın TASS agentliyinə verilən açıqlamada tövsiyə barədə xəbər təkzib edilib.
Bildirilir ki, məsələylə bağlı belə sərt tövsiyə alınmayıb: “İnformasiya düzgün deyil. ÜST heç vaxt tövsiyə etməyib ki, futbol oyunları 2021-ci ilin sonunadək keçirilməsin”.
Qeyd edək ki, UEFA keçirilən video-konfransda milli çempionatların bərpa olunmasını, bu yarışların ardınca isə avrokubokların başa çatdırılmasının tərəfdarı olduğunu bir daha nümayiş etdirib.
16 Yanvar 20:36
2 093
16 Yanvar 18:03
2 114
16 Yanvar 17:22
2 184