“İŞİD Qafqaza transfer edilə bilər” Dünya

“İŞİD Qafqaza transfer edilə bilər”

Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə İŞİD-ə qarşı aparılan əməliyyatların nəticəsindən doğa biləcək proqnozunda söyləyib.
O, bildirib ki, İŞİD qarşı mübarizədə koalisiya qüvvəlırinin Şimali İraqda Mosulun azad ediləndən sonra, növbəti hədəfin İŞİD-in "paytaxtı" Rakka olacağı gözlənilir. Yaxın Şərqdə İŞİD terror təşkilatının tutduğu ərazilər azad edildikdən sonra, bu təşkilatın müəyyən regionlara səpələnməsi və dağınıq halda fəaliyyət göstərəcəyi gözlənilir. Suriya və İraqda məğlub edildikcə, ABŞ-da İŞİD-in Qərbi Avropanı hədəf alacağını qeyd etməklə, bu terror təşkilatı ilə mübarizə uzun sürəcəyi və yeni qlobal problemlərə yol açacağı gözlənilir. Hazırda, İŞİD Şimali Afrikada, əsasən Liviyada və Əfqanıstanda möhkəmlənməkdədir. Bu, terror təşkilatı Suriya və İraqda əraziləri itirdikdən sonra qabaqlayıcı təhlükəsizlik tədbirləri görülməsə, Şimali Qafqaz regionunda fəaliyyətə keçməsi gözlənilir.
"Məlumdur ki, Şimali Qafqazdan xeyli "mücahidlər" Suriya və İraqda İŞİD sıralarında döyüşməkdədirlər. Həmin terrorçuların Şimali Qafaza qayıdıb, fəaliyyət göstərməsi istisna edilmir. Şimali Qafqazda müəyyən terrorçu təşkilatların İŞİD-ə biət etməsini nəzərə alsaq bunun reallaşacağını görmək olar. Şimali Qafqazın İŞİD terror təşkilatının yuvasına çevrilməsi və Rusiyaya qarşı terrorçu fəaliyyəti müəyyən güclərin planının tərkib hissəsidir. Çünki, geosiyasi mübarizədə terror təşkilatları əsas təzyiq rıçaqıdır. Rusiyanın Yaxın Şərqdən çıxarılması, üçün İŞİD Qafqaza transfer edilməsi baş verə bilər" – vurğulayıb politoloq.
Qeyd etmək lazımdır ki, 28 sentyabrda Rusiya FTX-nin direktoru Aleksandr Bortnikov MDB üzv dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının Şurasının Bakı iclasında bu məsələlərə toxunaraq,qeyd etmişdir ki, "Son vaxtlar biz Yaxın Şərq ölkələrini zəbt etmiş terror təşkilatları rəhbərlərinin öz fəaliyyətlərini Şimali Qafqaz regionunda genişləndirmək istəmələri barədə sənədləri əldə etmişik". Göründüyü kimi belə bir təhdid gözlənilir. Beynəlxalq terror təşkilatının Azərbaycanın şimal sərhədlərində fəaliyyəti ölkəmizin terrorla mübarizədə daha da təhlükəsizlik tədbirlərini gücləndirməsini labüd edir. Sirr deyil ki, Azərbaycandan Suriyada gedib, terror təşkilatları sırasında fəaliyyət göstərən və buradan terror təşkilatları ilə əlaqələr quran və müəyyən təxribatlar planlaşdıran müəyyən qruplar var. İki gün bundan əvvəl DTX əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində terror təşkilatları ilə əməkdaşlıq edən,onların planını ölkımizdə həyata keçirmək istəyən terrorçu qrupun məhv edilməsi, belə bir təhlükənin real olduğunu göstərir: "Və İŞİD terror təşkilatının Şimali Qafqaza gəlməsi, Azərbaycanın təhlükəsizliyini həmçinin, regionu ciddi təhdid etməkdə olacaqdır. Qafqaz regionu terror təşkilatlarının yeni hədəfindədir və Azərbaycannln ciddi təhlükəsizlik tədbirlərini gücləndirməlidir. Azərbaycan xüsusi xidmət orqanlarının çevikliyi nəticəsində terrorçu şəbəkənin Azərbaycanda fəaliyyət göstərməsi mümkün deyil. Buna baxmayaraq, Şimali Qafqazda möhkəmlənməsi, bu istiqamətdə İŞİD maliyyələşdirən Səudiyyə Ərəbistanı və Qətərin 90-cı illərdə olduğu kimi Şimali Qafqazda terroru və təfrikçi məzhəbləri dəstəkləməsi yenidən aktuallaşa bilər. Bu ölkələrin maliyyə dəstəyi ilə Şimali Qafqazdan ölkəmizə təfrikçi terror təşkilatları ilə əlaqələrə malik şəxslərin sızması daima olubdur.
Dünya yeni təhlükə ilə qarşı-qarşıyadır.Təssüf ki,belə bir təhlükələr dünyanın güc mərkəzləri tərəfindən idarə olunur".