İstanbuldakı terrorda ABŞ izi Dünya

İstanbuldakı terrorda ABŞ izi

10 dekabrda İstanbuldakı "Vodafon Arena"da baş verən dəhşətli teraktdan və 38 şəxsin həlak olmasından sonra Avropadan gözlənilən rekasiyanın verilməməsi, əvəzində isə terrorun arxasında dayanan PKK-nın birbaşa və dolayısı ilə himayə edilməsi cəhdləri diqqət çəkir.
İngiltərənin "İndependent" qəzeti İstanbulda baş verən terror hücumundan yazıb.
Qəzet rəsmi Ankaranın bundan sonra terrorizmə qarşı daha sərt mübarizə aparacağını proqnozlaşdırıb:
"Ərdoğan hökumətinin ilk reaksiyasında, inqilab cəhdindən sonra olduğu kimi, qisasa çağırış hiss olundu. Rəsmilər partlayışdan dərhal sonra intiqamın alınacağına söz veriblər.
Hadisənin arxasında kimin və yaxud hansı qrupun dayandığını bilmək, əslində, ədalətin bərqərar olması baxımından çox vacibdir. Ancaq indi vacib olan həm də türk hökumətinin kimi günahlandırmasıdır. Günahlandırılan isə kürdlərin PKK-sıdır.
Türkiyənin son hadisələrə görə kürd separatçılarına qarşı hərbi əməliyyatları gücləndirəcəyi gözlənilir".
Məqalədə Türkiyənin silsilə terrorlardan sonra bir qədər geri çəkildiyi yazılıb:
"Əslində, Türkiyənin gözü qorxub. İraq və Suriyadakı hadisələr kənardan stabil və güclü görünən dövlətin necə asanlıqla parçalana biləcəyini təsdiqləyib. Ancaq türklər hər şeydən öncə İŞİD-in onların ölkəsinə nə qədər təhlükə yaratdığını anlamalıdır. İŞİD artıq Türkiyənin Suriya ilə sərhədinə çatıb. İŞİD və PKK qüvvələrini balanslaşdırmaq cəhdlərinin uğursuz siyasət olduğu da göz qabağındadır.
Kürd məsələsinə gəlincə, bunun yeganə həll yolu var, o da siyasi tənzimləmədir. Keçmişdə belə uğurlu sülh cəhdləri olub. PKK ilə İŞİD-in əsas fərqi də məhz buradadır. Kürd məsələsinin sülhlə həll olunması ehtimalı var. İŞİD-dən fərqli olaraq, PKK Ankarada xilafət qurmaq niyyətində deyil.
Ərdoğan hökuməti son hadisələrə yəqin ki, vətəndaş cəmiyyətinə basqıları, həbsləri artırmaqla reaksiya verəcək. Amma Britaniyanın Xarici İşlər naziri Boris Conson demiş, Türkiyə, Səudiyyə Ərəbistanı, İran və Misir liderləri terrorun öhdəsindən gələcək qədər düzgün siyasət aparmırlar".
"Türkiyəni ABŞ və Qərbin dəstəyini alan terror təşkilatları ilə vurmağa çalışırlar. Avropa ölkələri PKK, FETÖ və DHKP/C kimi terror təşkilatlarını qoruyur, terrorçulara sığınacaq verir".
Bunu isə İstanbul şəhərində dekabrın 10-da törədilən terror aktına Qərbin münasibətini şərh edən "Yeni Şafak" nəşri yazıb.
Nəşr qeyd edir ki, Avropa ölkələrinin bəslədiyi terror Türkiyənin şəhərlərini hədəf alıb: "ABŞ və Almaniya Suriyada İŞİD-lə mübarizə adı altında PKK terror təşkilatının Suriya qolu olan PYD-yə silah və milyonlarla dollar maliyyə yardımı edir. Bu yardım döyüş meydanında da özünü göstərir. ABŞ əsgərləri PKK-çılarla çiyin-çiyinə döyüşlərə qatılır, xüsusi əməliyyatlar həyata keçirir".
"Yeni Şafak" bildirir ki, ABŞ başqa olmaqla Qərb ölkələri İraqda da eyni cür davranır: "Türkiyə düşməni olan "Haşdi Şabi" və PKK-ya dəstək verilir. İŞİD-ə qarşı mübarizədə heç bir irəliləyiş olmadığı halda, PKK hər keçən gün güc qazanır, Suriya və İraqda aldığı hərbi yardım sayəsində bir orduya çevrilir. Qərbin PKK-ya verdiyi silahlar isə Türkiyəyə göndərilərək terror aktlarında istifadə edilir. ABŞ Suriyadakı PKK düşərgələrində toplanan terrorçulara "İŞİD-lə mübarizə" adı altında təlim keçir. Burada təlim keçən terrorçular Türkiyəyə qayıdaraq polis, əsgər və mülki insanlara qarşı qətliamlar törədir. PKK-nın əlində Almaniya istehsalı "MILAN" tank əleyhinə raketlər və yüksək partlayış gücünə sahib ən qumbaraları var. Bundan başqa, İngiltərə, Fransa, Rusiya, İran, İsrail kimi bir çox dövlətlər PKK-ya silah-sursat və maliyyə yardımı göndərir".
Qeyd edilir ki, Avropanın siyasi mərkəzi olan Belçika həmçinin PKK-nın da Avropadakı mərkəzi rolunu oynayır.
Terror aktına görə məsuliyyəti PKK terror təşkilatının bir qanadı sayılan TAK öz üzərinə götürüb.

Politoloq Məhəmməd Əsədullazadə olayla bağlı bildirib ki, Türkiyəni hər həftə vuran terror saldırıların arxasında müəyyən güclərin olması şübhəsizdir. Bu terraktı həyata keçirən PKK-PYD olması şübhəsizdir. Türkiyənin hədəf alındığı bu terrorr olayları, əsasən Türkiyənin apardığı daxili və xarici siyasətlə bağlıdır: " Birinicisi, son aylarda Türkiyənin Suriyada PYD qarşı anti-terror əməliyyatları, həmçinin daxildə PKK qarşı siyasi və hərbi əməliyyatlar. İkincisi, Rusiya-Türkiyə yaxınlaşması və bundan narahat olan bəlli qüvvələr. Üçüncüsü, Türkiyənin Rusiya ilə birgə "Türk axını" lahiyəsinin TBMM təsdiqi görünür, bu kimi saldırılarla Türkiyəni zəiflədilməyə çalışırlar".

Türkiyə milyonlarla qaçqının olması Türkiyə təhlükəsiz qüvvələrinin işinidə çətinləşdirir. Terrorçular qaçqın adı ilə rahat Türkiyə sərhədlərini keçib, böyük şəhərlərə rahat gələ bilirlər. Türkiyə regionun aparıcı və şəksiz lider dövlətidir. Rusiya-Türkiyə yaxınlaşması isə region üçün ciddi problemlər yaşatmaqdadır: "AKP hakimiyyəti Rusiyaya yaxınlaşırsa, Rusiyanın qoruduğu Əsədi dəstəkləməlidir. Rusiya Əsəd rejimini ayaqda tutmaq üçün Suriyadadır. Ərdoğan iqtidarı, Əsədin devrilməsini çalışırsa, demək Qərbin siyasəti ilə uzlaşır. İki xətli siyasət isə Türkiyəni belə terraktlara məruz qoyur. Türkiyə xarici siyasətində korrektlər etməli, Qərblə anlaşma sürəcinə gəlməlidir. Hazırda Yaxın Şərq regionunda Putin Rusiyası geosiyasi rəqabət uğrunda Qərblə soyuq savaş aparır və NATO üzvü olan Türkiyənin Rusiyanın yanında yer alması, ciddi problemlərlə üzləşməyi qaçılmaz olacaq".