21 Oktyabr 18:51
21 Oktyabr 15:49
AMB sədri: "Bank BTB"nin fəaliyyəti ilə bağlı hər hansı problem yoxdur
Estoniya XİN Azərbaycan üzərindən Qazaxıstan taxılının Ermənistana göndərilməsini alqışlayır
Qurban Pirimov "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsini icra edəcək
Azərbaycandan Gürcüstan dəmir yolları ilə yükdaşımalarının müddəti azaldılacaq
11:16
700
“Azərbaycan və Ermənistan Gürcüstanın strateji tərəfdaşlarıdır və biz bu münasibətləri maksimal olaraq gücləndirməyə çalışırıq”.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze V Tbilisi İpək Yolu Forumunda deyib.
O, Gürcüstanın qonşu ölkələr üçün etibarlı tərəfdaş olduğunu bildirib.
“Bölgənin iqtisadi inkişafı və tərəqqisi üçün sülh əsas şərtdir. Gürcüstanın siyasəti bölgədə sülh, əməkdaşlıq və tərəfdaşlığa yönəlib”, - Baş nazir söyləyib.
İ.Kobaxidze regionda həyata keçirilən layihələrin önəmindən də danışıb. Onun sözlərinə görə, Orta Dəhliz layihəsi bütün iştirakçı ölkələr üçün mühüm əhəmiyyət kəsb edir, Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsi isə Gürcüstanın tranzit funskiyasını gücləndirəcək.