Makron: Fransa suveren və azad Suriyanı dəstəkləməyə sadiqdir
FIFA Belçika Futbol Federasiyasının Folarin Baloqunla bağlı apellyasiya şikayətini təmin etməyib
“Qatar Airways”in təyyarəsi ehtiyat hava limanı kimi Bakıya eniş edib
İsrail Qəzzada HƏMAS-ın təlim bölüyünün komandirinin öldürüldüyünü açıqlayıb
21 Oktyabr 2025 22:08
3 570
“Sabah bütün komandaya qarşı ciddi mübarizə aparmağa hazırıq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Kevin Medina UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyanın “Atletik” klubu ilə keçiriləcək III tur oyunundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.
Kolumbiyalı müdafiəçi görüşün hər iki tərəf üçün ağır keçəcəyini bildirib: “Bu, həm onlar, həm də bizim üçün çox çətin oyun olacaq. Hazırlığımız yalnız Uilyams qardaşlarına qarşı deyil, bütövlükdə “Atletik” komandasınadır. Onlar klubun simalarıdırlar, amma biz təkcə onlara qarşı oynamırıq. Sabah bütün komandaya qarşı ciddi mübarizə aparmağa hazırıq”.
Medina, həmçinin ötən mövsümdəki çıxışından nəticə çıxardığını və bu mövsüm daha yaxşı formada olduğunu vurğulayıb: “Öz üzərimdə çox işlədim, psixoloji cəhətdən də daha güclü oldum. İnsan səhvlərdən nəticə çıxarmalıdır və mən bu mövsüm əvvəlkindən daha yaxşıyam”.
Qeyd edək ki, oktyabrın 22-də “San Mames” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.