Tramp: "Sülh Şurası"na 50-dən çox ölkə daxil olacaq
22 Yanvar 15:54
22 Yanvar 15:54
22 Yanvar 13:24
22 Yanvar 13:19
22 Yanvar 12:44
22 Oktyabr 2025 11:13
2 177
“Azərbaycan Mərkəzi Bankı aktivlərin silinməsi prosesi uçot xarakterli texniki məsələdir, kredit borclarının bağışlanması ilə bağlılı deyil.
Aktivlərin silinməsi Mərkəzi Bankın “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası” ilə tənzimlənir”.
Bunu Azərbaycan Mərkəzi Bankının mətbuat rəhbəri Namiq Əliyev Xalqcebhesi.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Qaydanın 4-cü bölməsində aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehtiyatların yaradılması və ümidsiz aktivlərin silinməsi ilə bağlı müddəalar yer alıb: “Ümidsiz aktivlərin təsnifləşdirilməsi üzrə meyarlar həmin qaydada müəyyən edilib. Belə aktivlər üzrə yaradılmış ehtiyat məbləğində balansdan silinmə mümkündür. Bank tərəfindən bu proses İdarə Heyətinin təqdimatına əsasən Müşahidə Şurasının qərarı ilə həyata keçirilir. Ehtiyatlar hesabına balansdan silinmiş bütün aktivlər və onlara aid ödənilməmiş faizlər balansdankənar hesablarda uçota alınır və ən azı 5 il müddətində bu hesablarda saxlanılır. Ümidsiz aktivlərin balansdan silinməsi prosedurları bankın daxili qaydalarında müəyyən edilir. Bu, sadəcə uçot dəyişikliyidir və borcun bağışlanması mənasına gəlmir”.
Günel Elxan
22 Yanvar 15:54
1 344
22 Yanvar 13:24
1 666
22 Yanvar 13:19
2 891