Paşinyan qorxuya düşdü - xalqı küçələrə tökdü Dünya

Paşinyan qorxuya düşdü - xalqı küçələrə tökdü

İrəvanda daha bir inqilab. Baş nazir Nikol Paşinyan yenidən insanları küçələrə, meydanlara toplayıb. Parlamentin binası qarşısında ötən axşam keçirilən mitinqin səbəbi yeni qəbul edilən qanun olub.
Belə ki, parlament səs çoxluğu ilə reqlamentində dəyişiklik edib. Bu dəyişiklik baş nazirin ikinci dəfə seçilməsinə zərurət yaranacağı təqdirdə qanunvericilik orqanının buraxılmasının qarşısını almağa, növbədənkənar parlament seçkinin keçirilməsinin vaxtını uzatmağa imkan verir.
Paşinyan mitinq edənlərin qarşısına çıxaraq yenidən bunun əksinqilab olmasından, hakimiyyəti ələ keçirmək istəklərindən danışıb. O, kütlənin alqış sədaları altında partiyaları parlamentdə qəbul edilən adıçəkilən qanunu dəstəkləyən 6 naziri işdən qovub.
Mitinq edənlər parlament binasını mühasirəyə alıblar, bəziləri hətta binanın həyətinə də giriblər. Nəticədə 70 deputat və onlarla jurnalist binada çıxılmaz vəziyyətdə qalıb.
İrəvan polisinin rəhbəri isə baş verənləri diqqətlə izlədiklərini, amma heç bir qanun pozuntusu görmədiklərini deyib.
Bununla da Paşinyan növbəti dəfə kütlənin köməyi ilə erməni deputatlarına qarşı gücdən istifadə edib. Deputatlar onlarla danışığa gələn baş nazirin bütün şərtlərini qəbul etməyə məcbur olublar. Baş nazir danışqlardan sonra bildirib ki, ölkədə siyasi böhran hökm sürür. "Mən istefaya getməyi təklif etdim. Başqa partiyalar da öz namizədlərini irəli sürə bilərlər. Amma yaxşı olar ki, xalqı hiddətləndirməmək üçün bunu etməyək. Dekabrda biz növbədənkənar seçki keçirəcəyik. Deputatlar bildiriblər ki, xalqın mesajını anlayıblar və ona hörmətlə yanaşırlar". O, hətta xəbərdarlıq da edib - istefa versə belə baş nazir vəzifələrini yeni təyinata kimi icra edəcək.
İrəvanda baş verən hadisələr bir daha ölkəni qanunun yox, Paşinyanın sözü ilə oturub-duran kütlənin idarə etdiyini göstərdi. Amma bu yəqin ki, uzun sürməz. Çünki qış və iqtisadi vəziyyət hələ mitinq edənlərin çoxuna təsir edəcək.
Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistanda növbədənkənar parlament seçkilərinə qarşı Sarkisyanın nəzarətində olan parlamentin "reqlament haqqında " qanunu qəbul etməsi və parlamentin buraxılması presudurunu çətinləşdirməsi, əks-inqilabi qanun kimi dəyərləndirildi. Bu, Serj Sarkisyanın Paşinyana qarşı əlində olan ən təsirili rıçaq idi.
Göründüyü kimi, bu təzyiq vasitəsidə Qarabağ klanının sonunu yaxınlaşmasının qarşısını ala bilməyəcək. Gözlənildiyi kimi baş nazir Paşinyan kütlə vasitəsi ilə bu qanuna qarşı mitinq keçirdi. Bununla parlamentin bu əks-inqilab qanununu ləğv etməyə nail olacağı birmənalıdır. Qeyd edim ki, Qarabağ klanı Moskvanın təlimatı ilə hərək edir. Hətta Paşinyanla eyni koalisiyada yer alan Daşnaksütyun və Çarukyan bloku da Kremlin göstərişindən sonra Respublikaçılar partiyasına dəstək verdilər. Əlində özünün ən başlıca silahı olan Paşinyan mitinq əsasında parlamentdə Respublika partiyası və fraksiyalarla danışıqlar apararaq, onların geri çevrilməsinə və dekabrda növbədənkənar parlament seçkiləri keçirilməsinə nail oldu: "Qeyd edim ki, Qarabağ klanı Ermənistan siyasi səhnəsindən bu seçkilərdən sonra, zəifləyəcək. Ola bilər bilər ki, parlamentdə bir neçə yerə sahib olsun. Bu da həlledici səsə malik olmayacaq. Ermənistanın baş naziri yeni ildən, yeni tərkibdə hökumət quraraq fəaliyyətə başlamaq niyyətindədir.
Hazırda Ermənistanda siyasi xaosdu, Rusiyanın buna reaksiyası hansı tərzdə olacağı maraqlıdır. Çünki, 20 ildən artıqdır ki, dəstəklədiyi və maraqlarını həyata keçirdiyi Robert Koçaryan və Serj Sarkisyan tandemi- Qarabağ bloku öz qürubunu yaşayır. Hesab edirəm ki, Ermənistanda baş verən bu hadisələrin arxasında ABŞ səfiri durur. Məhz növbədənkənar parlement seçkilərinin tezləşdirilməsi, Qarabağ klanına zaman tanımamaqdır. Gələn il may ayına qədər hazırkı parlment işini davam etdirərdisə, Qarabağ klanı toparlanıb, hakimiyyəti üçüncü qüvvələrin əli ilə dəyişə bilərdi".
Politoloq qeyd edib ki, Ermənistanda baş verənlər Paşinyanın qələbəsi ilə sonlanacaq. Rusiyanın təsir imkanları getdikcə zəifləyəcək. Rusiya çalışacaq ki, Paşinyanı zəiflətmək üçün əlavə rıçaqlara əl atsın. Bunu növbəti mərhələlərdəşahidi olacağıq. Rusiya Ermənistanın yeni hakimiyyıtinij əməllərini bağışlamayacaq.
Ermənistanda baş verənlər Qarabağ münaqişəsi baxımından Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Yeni rəhbərliyin konfliktlə bağlı siyasətində hər hansı dəyişilklik danışıqlara təsir edir.