ABŞ dövlət katibi Avropa turnesinə çıxıb Dünya

ABŞ dövlət katibi Avropa turnesinə çıxıb

Pompeo müttəfiqləri Rusiyaya şans verməməyə çağırır
ABŞ dövlət katibi Mayk Pompeo deyib ki, Birləşmiş Ştatlar Mərkəzi və Şərqi Avropa ilə daha çox məşğul olmalıdır. Vaşinqton Rusiyanın Qərbi parçalamaq niyyətlərindən narahatdır. "Azadlıq" radiosu xəbər verir ki, Avropanın beş ölkəsini əhatə edəcək səfər turunun ilk günündə Pompeo Macarıstanın sağ təmayüllü populist baş naziri Viktor Orbanla görüşüb. ABŞ dövlət katibi baş nazirlə söhbətində demokratiyanın və qanunun aliliyi prinsipinə əməl edilməsinin zəruriliyini vurğulayıb.
Vaşinqton bu bölgdə Rusiyanın və Çinin artmaqda olan nüfuzundan narahatlıq keçirir. ABŞ bu qənaətdədir ki, Rusiya və Çin Avropa İttifaqı və NATO üzvləri arasında ixtilaf toxumu səpməyə çalışır. Budapeştdə xarici işlər naziri Peter Szijjarto ilə birlikdə kerçirdiyi mətbuat konfransında Pompeo deyib ki, biz Putinə NATO dostları arasına ixtilaf salmaq imkanı verməməliyik.
Pompeo Mərkəzi Avropanın, xüsusilə də Macarıstanın Rusiyadan enerji asılılığında olmasına diqqəti çəkib. Lakin Szijjarto ölkəsinin enerji siyasətini müdafuiə edib və bildirib ki, Avropada bir çix başqa ölkələrin də Rusiya ilə enerji sazişləri var: "Avropanın siyasi səhnəsində böyük bir riyakarlıq və siyasi vasvasılıq hökm sürür".
Prezident Trampın heyranı olan Orban miqrasiyanın, xüsusilə də Yaxın Şərqdən olan miqrasiyanın qatı tənqidçisidir. Bunun əvəzində baş nazir macar qadınları daha çox uşaq doğmağa çağırır. Hələ yaxın keçmişdə "Freedom House" təşkilatının indeksində azad ölkələr kateqoriyasında olan Macarıstan builki hesabatda qismən azad ölkələr qrupuna düşüb. Orban hökuməti, habelə Macarıstan əsilli ABŞ xeyriyyəçisi Corc Sorosun maliyyələşdirdiyi bir neçə layihələri sıxışdırıb ölkədən çıxarmasına görə Vaşinqtion da daxil, Qərb ölkələri tərəfindən tənqid olunur. Bu səfərdən əvvəl Dövlət Departamenti bildirmişdi ki, Pompeo Macarıstanda vətəndaş cəmiyyətinə dəstək ifadə edəcək, habelə QHT rəhbərləri ilə görüşəcək.
Pompeo Türkiyədə öldürülən Camal Qaşuqçı olayına da toxunub. Bildirib ki, ABŞ Camal Qaşuqçının qətlini ört-basdır etməyə çalışmır. "Prezident Donald Tramp administrasiyası səudiyyəli jurnalist Camal Camal Qaşuqçının qətlini ört-basdır etməyə çalışmır". Bu iddiaları demokrat və respublikaçı konqresmenlər səsləndirib. Onlar Tramp administrasiyasının jurnalistin ölümünə görə kimin məsuliyyət daşıdığını müəyyənləşdirmıli olan hesabatı Konqresə göndərməməsinə diqqət çəkirlər.
Ötən il 20-dək respublikaçı və demokrat senator Camal Qaşuqçının qətlini araşdırmağa, Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın bu qətlə görə məsuliyyətinin olub-olmamasını təyin etməyə çağırıb. Bu təhqiqatın Qlobal Maqnitski Aktı çərçivəsində aparılması istənilib. Prezidentdən tələb olunub ki, fevralın 8-dək senatın Xarici əlaqələr komitəsinə hesabat təqdim etsin. Pompeo senat komitəsində aparıcı demokrat Bob Menendezə məktubunda yazıb ki, Tramp jurnalistin ölümünün dərhal araşdırılmasını istəyib.
"The Washington Post" qəzetinin köşə yazarı olan Camal Qaşuqçı Səudiyyənin kral ailəsinin tənqidçisi idi. O, oktyabrda Səudiyyənin İstanbuldakı konsulluğuna qətlə yetirilib. "Amerika qətli ört-basdır eləmir", – Pompeo deyib. Camal Qaşuqçının yaşadığı Virciniya ştatından demokrat senator Tim Kaine Tramp administrasiyasını suçlamışdı: "Amerika heç vaxt mənəvi iflasın bu səviyyəsinə enməməlidir. Konqres Səudiyyə Ərəbistanının bu dəhşətli cinayətə görə mühakimə olunması yönündə cəhdlərini yumşaltmayacaq".