16:31
630
“Ümumilikdə Azərbaycanla Naxçıvan arasında bağlantı yaradılması ilə bağlı 2020-ci ildə razılıq var idi”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, Ermənistan uzun müddət bu istiqamətdə heç bir addım atmayıb: “Azərbaycan bu istiqamətdə avtomobil yolunun, dəmiryolunun inşası ilə bağlı dərhal işlərə başlayıb. Gələn ilin sonuna qədər Azərbaycan ərazisindən keçən dəmiryolu Ermənistan sərhədinə qədər çatacaq”.
Nazir bildirib ki, TRİPP marşrutu layihəsi ABŞ üçün çox mühümdür: “Bu layihənin icrası üçün Ermənistan tərəfində də artıq işlərə başlanmalıdır. Bizdə olan məlumat ondan ibarətdir ki, ABŞ ın bu işlə məşğul olan nümayəndələri hazırda Ermənistanla danışıqlar prosesindədir. Bu ikitərəfli formada həyata keçirilir. Ümid edirik işlər sürətlənəcək. Eyni zamanda biz TRİPP marşrutunun həm giriş, həm çıxış nöqtəsi Azərbahcan ərazisidir. Azərbaycnın əməkdaşlığı olmadan bu layihənin icrası mümkün deyil. Biz ona görə də şərtlərimizi və gözləntilərimizi əvvəlcədən təqdim etmişik. Hesab edirik ki, nəzərə alınacaq.
17:50
462
17:49
427
17:37
462