26 Dekabr 21:04
26 Dekabr 20:22
11:23
553
“Prezident İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılış mərasimində çıxış etdi. Dövlət başçısı çıxışı zamanı Xocalı məsələsinə də toxundu. Vurğuladı ki, sülh prosesi getsə də, biz tarixi, qan yaddaşımızı, Xocalı başda olmaqla Azərbaycan xalqına qarşı törədilmiş soyqırımları unutmamalıyıq. Həqiqətən də Xocalı məsələsi Azərbaycan üçün, azərbaycanlılar üçün çox önəmli bir məsələdir. Bizim üçün qan yaddaşıdır və bu təkcə keçmiş fakt deyil. Bu bizim milli kimliyimizin, kollektiv yaddaşımızın tərkib hissəsidir. Biz bu faciəni unuda bilmərik, üzərindən keçə bilmərik”.
Bunu xalqcebhesi.az-a açıqlamasında "Müasir İnkişaf" İctimai Birliyinin sədri Mübariz Göyüşlü deyib.
M.Göyüşlü əlavə edib ki, bu məsələ beynəlxalq praktika ilə də uzlaşır: “Yəni məsələn, nasistlərin törətdiyi cinayətlər vardı, onunla bağlı kompensasiya ödənildi, etiraf olundu, üzr istənildi. Amma bu məsələ problem kimi görülmədi, təqdim olunmadı. Hər kəs bu faciənin baş verdiyini qəbul edirdi. Ona görə də üzrxahlıq olmalıdır və kompensasiya ödənilməlidir. Danışıqlar gedir, sülh sazişinin imzalanması ilə bağlı prosesə doğru sürətlə gedirik. Amma biz Xocalı məsələsini unutmamalıyıq və unuda da bilmərik. Yəni biz sülh istəyirik, amma bu, tarixi ədaləti unutmaq hesabına sülh olmamalıdır. Regionda artıq yeni siyasi reallıqlar formalaşıb. Beynəlxalq güclər də buna uyğun davranmalıdırlar və bu məsələlər nəzərə alınaraq ermənilərin törətdiyi faciələri unutmadan, yaddaşda saxlayaraq gələcək fəaliyyətimizi qurmalıyıq”.
Röya İsrafilova
10:56
560
26 Dekabr 21:04
1 232
26 Dekabr 20:22
1 190