26 Dekabr 21:04
26 Dekabr 20:22
10:56
532
“Ağdam şəhərinin ölkəmizin dördüncü (Bakı, Sumqayıt və Gəncədən sonra) ən böyük sənaye kompleksinə çevrilməsi planlaşdırılır. Qarabağın ölkəmizin, o cümlədən Cənubi Qafqazın iqtisadi baxımdan ən cazibədar bölgələrindən birinə çevrilməsi milli hədəf olaraq qarşıda durur. Torpaqlarına öz sahiblərinin qayıtması budur – ideyalarla, əməklə və zəhmətlə qayıdış. Lakin təəssüf ki, buna revanş ideyası ilə qarşı çıxan dairələr hələ də aktivdirlər, mövcudiyyətləini qoruyurlar. Çünki işğal dövründə olduğu kimi, indi də onlara dəstək verən qlobal güclər var”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.
O təəssüflə qeyd edib ki, dünyanın heç bir yerində separatçı rejimlərin liderlərinə siyasi meydan – dövlət kürsüləri verilməsə də, Qarabağın keçmiş separatçı rejiminin liderləri ABŞ, Avropa və Rusiya kürsülərindən “uğurla” dünyaya səslənə bilirdilər: “İndi onlar Bakıda, layiq olduqları yerdə - hərbi tribunaldan səslənməyə vadar ediliblər. Bu, Azərbaycanın öz gücü hesabına yaratdığı ədalətdir. Azərbaycan qlobal cinayətkarları cəzalandırır. Bununla Azərbaycan dünya hüquq və ədalət sisteminə öz izini buraxır. Qlobal erməni şəbəkəsi xüsusilə bu canilərin azad olunması, revanşist ideyalarını canlandırmaq üçün Qarabağ ermənilərinin geri qayıdışını tələb olaraq beynəlxalq kampaniyaya çevirməyə çalışırlar, bu istiqamətdə ölkəmizə təzyiq olaraq korrupsiyalaşmış Qərb möhtəkirlərini, siyasətçilərini alət edirlər. Lakin Azərbaycan öz hərbi-siyasi qüdrətilə, “böyük şahmat taxtasında” atdığı uğurlu geosiyasi addımları ilə bütün işğalçı ideya müəlliflərinə qalib gəlib. Qələbəmizin böyüklüyü həm də bununla əlaqədardır. Elə buna görə də, milli birliyimizi, hərbi qüdrətimizi qoruyub inkişaf etdirmək, Böyük Qayıdışa inamla davam etmək Zəfər Erasının ən mühüm tələbidir”.
Röya İsrafilova
11:23
490
26 Dekabr 21:04
1 211
26 Dekabr 20:22
1 176