1 Aprel 2020 15:34
2 065
Bu gün Liviyada Milli Razılıq Hökumətinə bağlı qüvvələr marşal Xəlifə Haftara aid pilotsuz uçan aparatı (PUA) vurub.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, Haftar ordusuna aid PUA paytaxt Tripoli səmalarında vurulub.
Qeyd edək ki, Liviyada Milli Razılıq Hökuməti Haftar qüvvələrinə qarşı əməliyyatlara başladığını açıqlamışdı.