Rusiyada son sutkada 601 nəfərdə koronavirus aşkarlanıb, dörd nəfər ölüb Dünya

Rusiyada son sutkada 601 nəfərdə koronavirus aşkarlanıb, dörd nəfər ölüb

Rusiyada son sutka ərzində koronavirusa daha 601 yoluxma halı qeydə alınıb.
APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, bununla, Rusiya ərazisində COVİD-19 virusuna yoluxanların sayı 4149 nəfərə çatıb.
Son sutka ərzində 4 nəfərin öldüyü bildirilib.
Ümumilikdə, Rusiyada koronavirusdan ölənlərin sayı isə 34-ə çatıb.