

18 Sentyabr 17:14
18 Sentyabr 17:02
18 Sentyabr 16:02
Moskvanın mərkəzində ofis binasında partlayış olub.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, hadisə "İkinci Brest" küçəsində yerləşən "Panorama" biznes-mərkəzinin binasında baş verib.
Partlayış nəticəsində çoxmərtəbəli binanın 8-ci mərtəbəsinin pəncərələri qırılıb.
"Mash" telegram kanalı hadisə nəticəsində bir qadının yaralandığı haqqında məlumat yayıb.
Hadisənin təmir işləri aparılan zaman baş verdiyi bildirilib.
Partlayış nəticəsində baş verən yanğının qarşısı alınıb.