İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
7 May 2020 13:39
1 722
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Türkiyənin xarici valyutada sorğu edilməmiş uzunmüddətli suveren kredit reytinqini “B+”, yerli valyutada sorğu edilməmiş uzunmüddətli suveren kredit reytinqini isə “BB-“ səviyyəsində təsdiq edib.
"APA-Economics"in reytinq agentliyinə istinadən verdiyi məlumata görə, yerli valyutada sorğu edilməmiş qısamüddətli suveren kredit reytinqi isə “B” səviyyəsində təsdiqlənib. Bütün kredit reytinqləri üzrə proqnozlar stabildir.
"S&P"nin gözləntilərinə əsasən, bu il Türkiyənin iqtisadiyyatı 3,1% azalacaq, lakin 2021-ci ildə 4,2% artacaq. 2022 və 2023-cü illərdə ÜDM ortalama 3,5% artacaq.
Bundan əlavə, agentlik bu il ölkədə inflyasiyanı 11,3% səviyyəsində, 2021-ci ildə isə 10,3% səviyyəsində proqnozlaşdırır.