Merts Bakıda Rusiya və Almaniya nümayəndələri arasındakı görüşdən xəbərsiz olduğunu deyib
İran və Fransa XİN rəhbərləri ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə ediblər
Gəncə və Samuxda baş verən qida zəhərlənməsi ilə bağlı araşdırmalar yekunlaşıb
“Neftçi” ilə oyunda şanslar bərabərdir - “Dinamo”nun baş məşqçisi
8 May 2020 13:40
2 016
Adətən Ermənistanda baş verən qaynar və ciddi hadisələr zamanı həmişə Paşinyan ölkə üçün vacib suallara cavab vermir və ya necə deyərlər “canlı” yayıma girmir.
Bunu Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrdə dərc olunan məqalənin müəllifi qeyd edir ki, Paşinyan Ermənistanda baş verən qalmaqallı mövzunu unutdurmağı bacarır.
“Mikael Minasyanın “Simvolik pul ödəyirsən, bəzən heç Ermənistana gəlmirsən, bütün cinayət işləri dərhal dayandırılır. Mikael Minasyanın, Vanetsyanla söhbəti və Paşinyanın təklifi haqqında” yayımlanan məqaləsindən bir müddət sonra yenə də Paşinyanın “Facebook” səhifəsini açıram, düşünürəm ki, nə olursa olsun, bu barədə mütləq bir şey yazacaq. İndi budur bir saat əvvəl yazılan şərh: “Bizim Mexakın artıq evi var”.
“Bütün insanlar, məhz bu xəbəri gözləyirdilər? Bu cür, neçə yüz evsiz insan hətta “yarı açıq pəncərələr” ev bağışlayıb, sonra nə olsun? Nə qədər olar! Millət hələ də Lavrovun nə dediklərinə cavab gözləyir, siz başqa bir əhvalat danışırsınız. Nə qədər olar! İnsanların maraqlandıqları barədə danışmamaqla, xalqı əhəmiyyətsiz mövzularla nə qədər qidalandırmaq olar.Ölkənin ən vacib məsələlərinə cavabınız susmaqdır. Bağlı bir yara uzun müddət tab gətirməyə davam edə bilməz, nəhayət açın”, - deyə müəllif yazıb.