Venesueladakı dağıdıcı zəlzələdə ölənlərin sayı 3 342 nəfərə çatıb
Rusiya MN: Gecə ərzində 20-dən çox regionda Ukraynanın 519 PUA-sı vurulub
Rusiya Ukraynaya kütləvi zərbələr endirdi: Kiyevdə 9 ölü, 47 yaralı var
"NATO-nun bu tədbiri təşkilatın daha da güclənməsinə səbəb olacaq"
"NATO 3.0"-un əsas məqsədi təhlükəsizlik və texnologiya ekosisteminin yaradılmasıdır"
19 May 2020 15:41
2 947
Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurasının ləğv olunmasını təklif edib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, tanınmış siyasətçi özünün “Twitter” səhifəsində bildirib ki, Rusiyada çoxlu lazım olmayan deputat və məmur var.
“Məmur aparatını və parlamentin hər iki palatasının deputatlarının sayını iki dəfə, o cümlədən Dövlət Duması və Moskva Şəhər Dumasının deputatlarının sayını azaltmaq lazımdır. Eləcə də Federasiya Şurasının ləğv edilməsinin mümkünlüyünü müzakirə etməyə dəyər”, - deyə V. Jirinovski vurğulayıb.
Niyaməddin Orduxanlının rəhbərlik etdiyi QHT Əmircan bələdiyyəsində görüş keçirib