"NATO 3.0"-un əsas məqsədi  təhlükəsizlik və texnologiya ekosisteminin yaradılmasıdır" Gündəm

"NATO 3.0"-un əsas məqsədi  təhlükəsizlik və texnologiya ekosisteminin yaradılmasıdır"

21-ci əsrdə dövlətlər təkcə hərbi gücləri ilə deyil, həm də texnologiya istehsal etmək imkanları, enerji təhlükəsizliyi, süni intellekt infrastrukturları, müdafiə sənayesi, vacib minerallara çıxışı və geosiyasi mövqelərini iqtisadi dəyərə çevirmək qabiliyyəti ilə rəqabət aparırlar. "NATO 3.0" modeli mahiyyət etibarilə bu yeni rəqabət dövrünün təhlükəsizlik arxitekturasını təmsil edir. Bu kontekstdə Türkiyənin ən böyük üstünlüyü sadəcə NATO-da ikinci ən böyük orduya sahib olmaq deyil. Türkiyə, Avropa, Asiya, Qara dəniz, Qafqaz, Yaxın Şərq və Şərqi Aralıq dənizinin kəsişməsində yerləşən unikal geostrateji mövqeyini iqtisadi, texnoloji və diplomatik gücə çevirə bilən azsaylı ölkələrdən biridir.

Xalqcebhesi.az xəbər verir ki, bunu türkiyəli politoloq Cemal Zehir deyib.

"Maykl Porterin "Millətlərin Rəqabət Üstünlüyü" çərçivəsi baxımından qiymətləndirildikdə, Türkiyənin rəqabət üstünlüyü dörd əsas sütun üzərində qurulmaq olar: - Müdafiə sənayesi və yüksək texnologiyalı istehsal. - Enerji və nəqliyyat dəhlizləri üçün mərkəz kimi rolu. - Gənc və dinamik insan resursları bazası. - Türk dövlətləri ilə qurduğu geniş iqtisadi və strateji şəbəkə.

Lakin müasir dövrdə rəqabət artıq yalnız istehsalla bağlı deyil. Süni intellekt, kvant texnologiyaları, kibertəhlükəsizlik, kosmik sistemlər və məlumat iqtisadiyyatı dövlət gücünün yeni parametrlərinə çevrilib. "NATO 3.0"-un əsas məqsədi bu sahələrdə kollektiv şəkildə fəaliyyət göstərə bilən təhlükəsizlik və texnologiya ekosisteminin yaradılmasıdır" - politoloq deyib.

Cavid