08:34
1 589
NATO öz tarixinin ən həssas və həlledici qərarlarını Türkiyədə keçiriləcək növbəti toplantısında verəcək. ABŞ prezidenti Trampın Avropa ilə fikir ayrılıqları, Türkiyənin artan siyasi və hərbi rolunun Avropanı cəlb etməsi fonunda NATO tədbirindən tərəflər üçün gözləntilər gələcək planların formalaşmasına təsir göstərən başlıca amil olacaq.
Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov deyib.
"Türkiyənin F35 proqramına geri qaytarılması xəbərlərinin gözləntiləri Yaxın Şərq regionunun gələcək konfiqurasiyasına təsir edə biləcək hadisə olacaq. Trampın Avropanın NATO daxilində bilavasitə aktiv şəkildə maliyyələşməsinə çağırışları NATO-nun gələcəyinə təhlükə kimi dəyərləndirilsə də, bu, əslində, təşkilatın güclənməsinə yönəlik tələb və istəkdir" - politoloq deyib.
O, qeyd edib ki, Rusiyanın Avropaya təhdidlərinin artığı bir zamanda bu, təbii və haqlı tələb kimi görünür. Rusiyanın NATO ilə bilavasitə qarşı-qarşıya gəlmə ehtimalının artığı bir durumda Trampa da haqq vermək olar:
"Türkiyənin NATO daxilində həlledici yerə gəlməsi onun müəyyən tələblərinin, F35 proqramına qaytarılması, Aralıq və Şərqi Ağ Dəniz regionunda maraqlarının təmin edilməsini şərt kimi qoyur. Hesab edirəm ki, NATO-nun bu tədbiri təşkilatın daha da güclənməsinə səbəb olacaq".
Xatırladaq ki, 7-8 iyul tarixlərində NATO-nun Ankarada zirvə toplantısı keçiriləcək.
Cavid
Niyaməddin Orduxanlının rəhbərlik etdiyi QHT Əmircan bələdiyyəsində görüş keçirib