Ağ Ev: Donald Tramp Ankarada Zelenski ilə görüşəcək Gündəm

Ağ Ev: Donald Tramp Ankarada Zelenski ilə görüşəcək

ABŞ Prezidenti Donald Tramp iyulun 8-də NATO-nun Ankarada keçiriləcək sammiti çərçivəsində Vladimir Zelenski ilə görüşməyi planlaşdırır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin iyulun 5-də dərc etdiyi Amerika liderinin iş qrafikindən məlum olur.

Amerika lideri iyulun 7-də Ankaraya gələcək və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. İyulun 8-də Tramp sammit tədbirlərində iştirak etdikdən sonra jurnalistlər üçün qapalı formatda Zelenski (Bakı vaxtı ilə 15:30) və Suriya Prezidenti Əhməd əş-Şaraa (Bakı vaxtı ilə 16:30) ilə ikitərəfli görüşlər keçirəcək.

Bakı vaxtı ilə saat 17:15-də Tramp mətbuat konfransında çıxış edəcək. Bundan sonra o, ABŞ-a geri dönəcək.

Məryəm Quliyeva