08:15
637
Kriptovalyuta bazarında son sutkada müsbət dinamika müşahidə olunub.
Qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması son 24 saatda 0,83% artaraq 2,19 trilyon dollara yüksəlib. CoinMarketCap 20 İndeksi (CMC20) isə 0,82% artaraq 129,68 bənd təşkil edib.
Ən böyük kriptovalyuta olan Bitcoin son 24 saatda 0,69% bahalaşaraq 63 141,96 dollara yüksəlib. Ethereum 0,84% artımla 1 775,39 dollar, BNB isə 2,42% bahalaşaraq 583,82 dollar olub.
İlk onluqda yer alan digər kriptovalyutalardan Bitcoin Cash 1,50%, Bittensor 1,04% və Zcash 0,65% dəyər qazanıb. Monero isə 1,13% ucuzlaşıb.
Qeyd edək ki, bazar iştirakçıları risk iştahının artması fonunda əsas kriptovalyutalara tələbin yüksəldiyini, bunun da bazarın ümumi kapitallaşmasına müsbət təsir göstərdiyini qeyd edirlər.
Niyaməddin Orduxanlının rəhbərlik etdiyi QHT Əmircan bələdiyyəsində görüş keçirib