

11 İyul 16:12
11 İyul 13:56
11 İyul 13:26
Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi, ordu generalı İsmayıl Hakkı Karadayı vəfat edib.
CNN TÜRK-nin verdiyi məlumata görə, İsmayıl Hakkı Karadayı 88 yaşında İstanbulda yerləşən xəstəxanalardan birində dünyasını dəyişib.
O bir neçə gün əvvəl yüksək hərarətlə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, İsmayıl Hakkı Karadayı 1994-1998-ci illərdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olub.