“Total“ prezidentinin ölümünə görə 4 nəfər saxlanılıb Dünya

“Total“ prezidentinin ölümünə görə 4 nəfər saxlanılıb

Moskvanın "Vnukovo" hava limanının dörd əməkdaşı Fransanın "Total" neft şirkəti rəhbərinin həlak olduğu aviaqəza ilə bağlı iş üzrə şübhəli qismində saxlanılaraq sorğu-sual edilib.
"İnterfaks"a istinadla verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin məlumat verib.
Onun sözlərinə əsasən, qartəmizləmə işlərinə rəhbərlik edən aerodrom xidmətinin aparıcı mühəndisi Vladimir Ledenyov, uçuş rəhbəri Roman Dunayev, stajçı-dispetçer Svetlana Krivsun, dispetçer Aleksandr Kruqlov və aviaqəza zamanı hava hərəkətinə rəhbərlik edənlər saxlanılıblar: "İstintaq ehtimal edir ki, adıçəkilən şəxslər uçuş təhlükəsizliyi və yerüstü işlərin keçirilməsi tələblərinə riayət etməyiblər ki, bu da nəticədə faciəyə səbəb olub. Saxlanılanlar şübhəli şəxs qismində sorğu-sual ediliblər."
Xatırladaq ki, "Falcon-50" təyyarəsi çərşənbə axşamına keçən gecə uçuş-enmə zolağında qartəmizləyən maşınla toqquşub. Nəticədə dörd nəfər, o cümlədən Fransanın "Total" neft şirkətinin prezidenti Kristof de Marjeri həlak olub.
Çərşənbə axşamı səhər qartəmizləyən maşının sürücüsü Vladimir Martınenko saxlanılıb.