ÜST: Dünyada koronavirusa yoluxanların sayı 570 mindən çox artıb Dünya

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 570 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 570 mindən çox artıb.

"TASS"ın verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 570 357 nəfər yeni koronavirusa yoluxub, 11 496 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 76 858 506, ölənlərin isə 1 711 498 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.