FT: Zelenski Ukrayna ordusunun Baş Komandanı Sırskinin istefasını nəzərdən keçirir Dünya

FT: Zelenski Ukrayna ordusunun Baş Komandanı Sırskinin istefasını nəzərdən keçirir

Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin Baş Komandanı Aleksandr Sırskini vəzifəsindən kənarlaşdırmağı nəzərdən keçirir.

Bu barədə “Financial Times”da dərc olunan yazıda bildirilib.

Məlumata görə, Zelenski prezidentliyi dövründə ən böyük hərbi idarəçilik böhranından çıxmağa çalışır və “qəssab” kimi tanınan Sırskini vəzifədən uzaqlaşdırmaq barədə fikirləşir.

Zelenskinin administrasiyasından olan vəzifəli mənbənin sözlərinə görə, Ukrayna lideri bu həftəsonu cəbhədəki vəziyyəti müzakirə etmək və orduya rəhbərlik etməyə uyğun namizədlər barədə təklifləri dinləmək üçün iclas keçirəcək.

Mənbə bildirib ki, Zelenski cəbhədə güclü müdafiə xəttinin qorunacağı və səlahiyyətlərin yeni komandana problemsiz şəkildə ötürüləcəyi təqdirdə, Sırskini postundan kənarlaşdırmaq fikrinə açıqdır. Lakin hələlik bununla bağlı yekun qərar qəbul edilməyib.

Qeyd edək ki, Ukraynanın müdafiə naziri Mixail Fedorovun vəzifədən uzaqlaşdırılması paytaxt Kiyevdə etiraz aksiyasına və orduda ilk istefalara səbəb olub.