Kadırovdan açıqlama Dünya

Kadırovdan açıqlama

"Donbas hövzəsinin "qoşunu"na kömək etmək üçün öz postumu tərk etməyə hazıram".
Bu barədə Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov Milli Televiziya Yayımı telekanalına müsahibəsində deyib.
"Mən Rusiya prezidentindən xahiş etmək niyyətindəyəm ki, Donbas hövzəsinin vətəndaşlarını, orada vuruşanları müdafiə etmək üçün məni bu vəzifədən azad etsin", - Kadırov bildirib.
Çeçenistan Respublikasının prezidenti həmçinin dekabrın 4-də Qroznıda baş vermiş terror aktını dəstəkləyən Ukrayna Ali Radasının deputatlarını "şeytan" adlandırıb: "Onları tutmaq və məhv etmək lazımdır. Çünki onlarda şərəf və vicdan yoxdur".
Qeyd edək ki, ukraynalı deputatlar Yuriy Bereza və İqor Mosiyçuk Qroznıda mücahidlərini hücumunu dəstəkləyib. Həmin hücum nəticəsində 14 polis və 10 mücahid həlak olmuşdu.